Bank Of Baku

Azərbaycan neft hasilatını 2%, qaz hasilatını isə 14% artırıb

Azərbaycan neft hasilatını 2%, qaz hasilatını isə 14% artırıb
# 16 dekabr 2010 07:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 47,1 mln. ton neft və 24,4 mln. kubmetr qaz (qaz kondensatı daxil olmaqla), hasil olunub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə neftin hasilatı 1,6%, təbii qazın hasilatı isə 13,8% artıb.

Ümumiyyətlə, hesabat dövründə mədənçıxarma bölməsində istehsalın həcmi 19,2 mlrd. manat olmaqla, ötən ilin müvafiq dövrünün səviyyəsini 1,9% qabaqlayıb.

Qeyd edək ki, Azərbaycan hökumətinin proqnozlarına əsasən, bu il ərzində ölkədə 52 mln. ton neft və 30 mlrd. kubmetr qaz hasil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR