Bank Of Baku

Bakı-Ceyhan kəməri ilə Azərbaycan neftinin nəqli noyabrda 7% azalıb

Bakı-Ceyhan kəməri ilə Azərbaycan neftinin nəqli noyabrda 7% azalıb
# 16 dekabr 2010 11:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin noyabr ayı ərzində Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 3 mln. ton Azərbaycan nefti nəql olunub ki, bu da oktyabr ayına nisbətən 6,7% azdır.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin yanvar-noyabr aylarında bu kəmərlə 34,2 mln. ton və ya ötən ilin analoji dövrü ilə müqayisədə 2,4% çox neft ötürülüb.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2010-cu il dekabr ayının 1-ə qədər BTC-yə 140,8 mln. ton neft vurulub.

Bundan başqa, cari ilin noyabr ayında BTC kəməri ilə 199 630 ton Türkmənistan nefti nəql olunub. Cari ilin yanvar-noyabr aylarında isə bu göstərici 1,06 mln. ton təşkil edib.

Qeyd edək ki, BTC-nin səhmdarları sırasına «BP-Azerbaijan» (30,1%), AzBTC (25%), «Chevron» (8,9%), «Statoil» (8,71%), TPAO (6,53%), ENI (5%), «Total» (5%), «Itochu» (3,4%), «Inpex» (2,5%), «ConocoPhillips» (2,5%) və «Hess» (2,36%) şirkətləri daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR