Bank Of Baku

Azərbaycan neftinin Ceyhan limanından ixracı azalıb

Azərbaycan neftinin Ceyhan limanından ixracı azalıb
# 16 dekabr 2010 12:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin noyabr ayı ərzində 2,96 mln. ton və ya oktyabr ayı ilə müqayisədə 8,6% az Azərbaycan nefti Ceyhan limanından (Türkiyə, Aralaq dənizi) dünya bazarlarına çıxarılıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilnə məlumata görə, cari ilin yanvar-noyabr aylarında bu göstərici 34,1 mln. ton təşkil edib və ötən ilin analoji dövrü ilə müqayisədə Ceyhan limanından dünya bazarlarına çıxarılan neftin həcmi 1,8% artıb.

Ümumiyyətlə, Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac boru kəməri istismara verilən gündən 2010-cu ilin dekabr ayının 1-ə qədər Ceyhan limanından 138,7 mln. ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR