Bank Of Baku

Azərbaycanda magistral neft kəmərləri ilə nəqletmə 1% azalıb

Azərbaycanda magistral neft kəmərləri ilə nəqletmə 1% azalıb
# 17 dekabr 2010 07:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda magistral neft kəmərləri ilə 46,1 mln. ton və ya ötən ilin analoji dövründəkindən 0,9% az neft nəql edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəqletmənin 76,6%-ni ölkənin əsas nəqliyyat infrastrukturlarından olan Bakı-Tiflis-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və ötən aylar ərzində bu kəmər vasitəsilə 35,3 mln. ton neft ötürülüb ki, 2009-cu ilin yanvar-noyabr ayları ilə müqayisədə bu göstərici 0,3% artıb. Cari ilin iyul ayından başlayaraq 5 ay ərzində gəmilər vasitəsilə ölkəyə daşımaqla Səngəçal terminalından BTC kəməri ilə 1,1 mln. ton Türkmənistan nefti nəql edilib.

Bununla yanaşı, magistral qaz kəmərləri ilə hesabat dövründə 15,9 mlrd. kubmetr və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,8% çox qaz nəql edilib. Nəql edilmiş qazın 29%-i Bakı-Tiflis-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmər vasitəsilə ötən ilin analoji dövründəki kimi 4,6 mlrd. kubmetr qaz ötürülüb. Ötən ilin analoji dövrü ilə müqayisədə sözügedən kəmər vasitəsilə qaz nəqlinin həcmi 2,1% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR