Bank Of Baku

Xorvatiya Rusiya qazından imtina edib

Xorvatiya Rusiya qazından imtina edib
# 17 dekabr 2010 09:33 (UTC +04:00)
Bakı - APA-Economics. Xorvatiyaya qaz nəqlinə dair tenderi yaxın 3 il üçün İtaliyanın “Eni” şirkəti udub.

APA-Economics”in xəbərinə görə, bu barədə Xorvatiyanın “İNA” şirkətinin rəsmi açıqlamasında bildirilir.

Bu isə o deməkdir ki, “İNA”nın Rusiyanın “Qazprom” şirkəti ilə 31 dekabr 2010-cu ilədək qüvvədə olan müqaviləsinin vaxtı uzadılmayacaq.

Gələn il yanvarın 1-dən “Eni” Xorvatiyanın yeganə qaz təchizatçısı olacaq. şirkət bu ölkəyə ildə 750 mln. kubmetr qaz satacaq. İl ərzində Xorvatiyanın yanacaq tələbatı 3 mlrd. kubmetrdir ki, bunun da yarısını ölkə öz hasilatı hesabına təmin edir.

“East European Gas Analysis” şirkətinin məlumatına görə, 2010-cu ilin ilk üç rübü ərzində “Eni”nin ixrac etdiyi qazın həcmi bir il əvvəlki dövrün göstəricisi ilə müqayisədə 9,6% artıb, Rusiyadan qaz ixracatı isə 48% azalıb. Buna səbəb “Qazprom”un bazar qiymətlərindən baha qiymətə uzunmüddətli müqavilələr imzalamağa çalışmasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR