Bank Of Baku

Azərbaycan və Ukrayna bu ilin sonunadək iki saziş imzalaya bilər

Azərbaycan və Ukrayna bu ilin sonunadək iki saziş imzalaya bilər
# 17 dekabr 2010 13:08 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. Azərbaycan və Ukrayna bu ilin sonunadək Ukraynaya ildə 5 mln. ton neft və 7 mlrd. kubmetr sıxılmış qazın nəqlinə dair sazişlər imzalaya bilər.

APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev “Uryadoviy Kuryer” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, hər iki saziş hökumətlərin ilkin dəyərləndirməsindən keçib: “Düşünürəm ki, müəyyən razılaşdırmalardan sonra sazişlər Yeni ilədək imzalanacaq”.

Nazir qeyd edib ki, son 9 ay ərzində Azərbaycan Ukraynaya 160 min tondan artıq neft məsulları (dizel yanacağı və aviakerosin) və 1 mln. ton xam neft ixrac edib. bununla da xam neftin ixrac həcmi 2008-ci illə müqayisədə 5 dəfə artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR