Bank Of Baku

Azərbaycanda IPI indeksi noyabrda kəskin artıb

Azərbaycanda IPI indeksi noyabrda kəskin artıb
# 17 dekabr 2010 14:25 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda sənaye istehsalı indeksi (Industrial Production Index – IPI) 2010-cu il noyabr ayında 133,1% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablasalara görə, bu indeks cari ilin oktyabrında 99,1%-ə bərabər olub:




IPI indeksi hesabat ayında istehsal olunmuş sənaye məhsul və xidmətlərin pul ifadəsində həcminin əvvəlki ayın eyni göstəricisinə faizlə ifadə olunan nisbəti kimi ölçülür. Belə ki, indeks noyabr ayında istehsal edilmiş məhsulun dəyərinin (2,767 mlrd. manat) analoji oktyabr göstəricisinə (2,079 mlrd. manat) bölünməsi ilə hesablanıb.

İndeksin yüksəlməsi noyabr ayında aylıq artım tempinin oktyabrın eyni göstəricisindən artıq olduğunu göstərir. Ümumilikdə isə onun 100%-dən çox olması hesabat ayı ərzində sənaye istehsalının əvvəlki ayla müqayisədə çox olduğunu əks etdirir.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2010-cu il yanvar-noyabr aylarında ölkədə sənaye istehsalı 25 255,5 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR