Bank Of Baku

Azərbaycan neft məhsullarının istehsalını 9% artırıb

Azərbaycan neft məhsullarının istehsalını 9% artırıb
# 17 dekabr 2010 14:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda neft məhsulları istehsalında 8,9%-lik artım müşahidə olunub. Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə avtomobil benzini istehsalı 0,8% artaraq 1,1 mln. ton, dizel yanacağı istehsalı 6,5% artaraq 2,3 mln. ton, sürtgü yağları istehsalı 1,9 dəfə artaraq 78,4 min ton olub. Həmçinin, 11 ay ərzində 548,9 min ton ağ neft, 222,3 min ton neft bitumu istehsal edilib.

Neft emalı müəssisələrinin anbarlarında 32 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 14,5%-i qədər hazır məhsul olub.

Bu il dekabrın 1-i vəziyyətinə əsas istehlakçılarda 338,5 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,7% az mazut yanacağı, 18,6 min ton və ya 5,1% çox avtomobil benzini, 12,4 min ton və ya 37,8% çox dizel yanacağı, 9,2 min ton və ya 17,9% çox aviasiya üçün və sair ağ neft, 1,8 min ton və ya 28,6% çox sürtgü yağları, 8,8 min ton və ya 27,5% çox daş kömür ehtiyatı olub.

Bununla yanaşı, 2010-cu ilin yanvar-noyabr aylarında istehlakçılara (ixrac da daxil olmaqla) 5,9 mln. ton və ya ötən ilin müvafiq dövründəkindən 6,1% çox neft məhsulları göndərilib. Neft məhsullarının 59,9%-i daxili bazarın tələbatının ödənilməsinə yönəldilib, 40,1%-i isə ixrac olunub. Neft məhsullarının 38%-ni dizel yanacağı, 19,1%-ni avtomobil benzini, 9,2%-ni aviasiya üçün və sair ağ neft, 4,1%-ni mazut yanacağı, 3,7%-ni neft bitumu, 3,6%-ni mayeləşdirilmiş qazlar, 1,3%-ni sürtgü yağları, 21%-ni isə digər məhsullar təşkil edib.

Hesabat dövründə ölkə istehlakçılarına 3,6 mln. ton və ya ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 3,8% çox neft emalı məhsulları göndərilib. Ötən ilin eyni dövrü ilə müqayisədə istehlakçılara aviasiya üçün və sair ağ neft 27,1%, dizel yanacağı 15,7%, avtomobil benzini 6,3% çox, neft bitumu, mazut yanacağı, sürtgü yağları, mayeləşdirilmiş qazlar və digər neft məhsulları isə az göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR