Bank Of Baku

ARDNŞ ölkədə mazutdan istifadənin azaldılması ilə bağlı hökumətə müraciət hazırlayır

ARDNŞ ölkədə mazutdan istifadənin azaldılması ilə bağlı hökumətə müraciət hazırlayır
# 18 dekabr 2010 11:10 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında ARDNŞ-nın emal sənayesi üzrə vitse-prezidenti Davud Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda “Azərneftyağ” Neft Emalı Zavodunda emalın dərinliyi 99%, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda isə 92,4%-dir: “İlin sonuna sonuncu zavod üzrə göstərici 92,5% olacaq. Bu zavodda emalın dərinliyinin az olması onunla əlaqədardır ki, burada əmtəəlik məhsullar, bütün növ yanacaqlar, “Azərneftyağ”da isə yağlar və yol bitumu istehsal olunur”.

D.Məmmədov təəssüflə qeyd edib ki, Azərbaycanın xalq təsərrüfatı hələ də mazut yanacağından istifadə edir: “2010-cu ildə mazutdan istifadənin azaldılmasına dair tədbirlər görmüşük və tələbat 30% azaldılıb. Bu sahədə bir çox işlər görülməlidir, amma ARDNŞ tək öz gücü ilə bunu edə bilməz. Hazırda mazutdan istifadənin azaldılması ilə bağlı hökumətə müraciət hazırlayırıq. Azərbaycanda qazlaşma tarixən yüksək səviyyədə olub. Lakin müəyyən qapalı təşkilatlar, büdcədən maliyyələşən təşkilatlar indiyədək mazutdan istifadə edirlər. ARDNŞ büdcədən maliyyələşən müəssisələri qazla təmin edə bilər, lakin onların infrastrukturu buna imkan vermir. Buna maliyyə də lazımdır və büdcə təşkilatları olduqları üçün hökumətə müraciət etməlidirlər”.

D.Məmmədov sonda bildirib ki, gələn il ARDNŞ yanacaqdoldurma məntəqələrinin sayı 20-dən artıq olacaq: “Düşünürəm ki, bundan sonra benzinin keyfiyyəti ilə bağlı şikayətlərin də sayı azalacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR