Bank Of Baku

ARDNŞ Almaniyadan aldığı iki kranı «Azərikimya» şirkətinə verib

ARDNŞ Almaniyadan aldığı iki kranı «Azərikimya» şirkətinə verib
# 18 dekabr 2010 11:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) sifarişi əsasında Almaniyadan alınan müasir kranlar «Azərikimya»nın Nəqliyyat və Xüsusi Texnika İdarəsinə təhvil verilib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, bu unikal kranlar Birliyin texniki bazası üçün ilk dəfə alınmış çoxtonnajlı xüsusi texnikadır. Onlardan biri 100, digəri isə daha çox həcmdə - 200 ton yükqaldırma qabiliyyətinə malikdir.

Kranların hər birinin qaldırıcı qolunun ümumi uzunluğu 72 metrdir. Bu isə kranlar vasitəsilə 65 metrə qədər hündürlüyə yük qaldırmağa və həmin yüksəklikdə yerləşən kalon, qüllə və digər texnoloji qurğuların yuxarı hissələrində quraşdırma, təmir və demontaj işləri aparmağa imkan verir.

Kompüterlə idarəetmə sisteminə malik hər iki kran qaldırılacaq hündürlükdən asılı olaraq yükün maksimal həddini müəyyən etməyə imkan verir. Bu, həm texniki təhlükəsizlik, həm vaxt itkisinin qarşısının alınması, həm də görüləcək işlər zamanı kranların işinə əlavə nəzarətə ehtiyacın olmaması baxımından xüsusilə əhəmiyyətlidir.

Qeyd edək ki, «Azərikimya» İstehsalat Birliyi ARDNŞ-in tərkibinə verildikdən sonra birliyə 50-dən artıq yeni texnika və mexanizm alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR