Bank Of Baku

Son 30 il ərzində Bakı Neft Emalı Zavodunda 18 mln. ton xam neft emal olunub

Son 30 il ərzində Bakı Neft Emalı Zavodunda 18 mln. ton xam neft emal olunub
# 18 dekabr 2010 11:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda katalitik-riforminq qurğusunun tikintisinin 30 illiyi qeyd olunub.

«APA-Economics»in məlumatına görə, bununla bağlı keçirilən tədbirdə Azərbaycan Dövlət Neft Şirkətinin emal sənayesi üzrə vitse-prezidenti Davud Məmmədov qeyd edib ki, 1980-ci ildə bu qurğu keçmiş sovet məkanında ilk dəfə məhz Azərbaycanda tikilib, bundan öncə isə katalitik-riforminq qurğusu dünyada cəmi 14 ölkədə mövcud idi: «Bu qurğu Azərbaycanı bir çox tipli benzinlərlə təmin edir, eyni zamanda hazırda bu qurğu bütün növ neft məhsullarını istehsal edir. Qurğu işə salınandan indiyədək 18 mln. ton xam neft emal olunub».

Qeyd edək ki, katalitik-riforminq qurğusu ABŞ-ın UOP şirkətinin texnologiyası əsasında inşa edilib. Qurğunun layihəsi Fransanın «Litvin» şirkəti tərəfindən həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR