Bank Of Baku

Azərbaycanın emal sənayesi müəssisələri istehsalı 9% artırıb

Azərbaycanın emal sənayesi müəssisələri istehsalı 9% artırıb
# 20 dekabr 2010 13:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın sənaye kompleksinin emal müəssisələri və fərdi sahibkarlar (ev təsərrüfatlarının sənaye istehsalı da nəzərə alınmaqla) tərəfindən 4,8 mlrd. manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bu sahədə istehsalın həcmi 8,8% artmaqla, daha çox hissəsi qida məhsulları istehsalının payına düşüb. Əksər qida məhsullarının istehsalında artım müşahidə olunub, onlardan makaron məmulatlarının istehsalı 54,2% artaraq 18,3 min ton, pendir və kəsmik istehsalı 2% artaraq 39,7 min ton, ət 3,9% artaraq 225,8 min ton, süd 3% artaraq 582,7 min ton, kərə yağı 0,9% artaraq 19,2 min ton, duru bitki yağları isə 11,2% artaraq 37,4 min ton olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR