Bank Of Baku

Kulevi terminalından 7 mln. ton neft və neft məhsulu yola salınıb

Kulevi terminalından 7 mln. ton neft və neft məhsulu yola salınıb
# 21 dekabr 2010 08:39 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus Kulevi Qara Dəniz Terminalı fəaliyyətə başladığı gündən indiyədək 7 mln. ton neft və neft məhsulu qəbul edərək yola salıb.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, müasir infrastruktur, təcrübəli menecment və yüksək ixtisaslı personal sayəsində Kulevi terminalı təhlükəsizlik üzrə bütün beynəlxalq standartlara cavab verir.

Xatırladaq ki, ARDNŞ-in Gürcüstanda aldığı Kulevi terminalı xam neft, dizel yanacağı və mazutun qəbulu, saxlanması və gəmilərə yüklənməsi üçün nəzərdə tutulub. Terminalın ötürücülük qabiliyyəti ildə 10 mln. ton (3 mln. ton neft, 3 mln. ton dizel yanacağı, 4 mln. ton mazut) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR