Bank Of Baku

Latviyada qazın qiyməti ucuzlaşır

Latviyada qazın qiyməti ucuzlaşır
# 21 dekabr 2010 09:03 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiyanın “Qazprom” şirkəti Latviya üçün təbii qaz tariflərini ötən illə müqayisədə 15% endirib.

APA-Economics”in “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə “Latvijas Gaze” şirkətindən məlumat verilib.

Yeni qiymətlər ən azı 2011-ci il ərzində qüvvədə olacaq. Gələn il yanvarın 1-dən Latviyada əhali üçün qaz tarifləri 4-7%, sənaye müəssisələri üçün 5% ucuzlaşacaq.

Maraqlıdır ki, nə köhnə, nə də yeni qiymətlər haqda heç bir açıqlama verilmir. “Latvijas Gaze” şirkətinin səhmlərinin 34%-i “Qazprom” şirkətinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR