Bank Of Baku

Bakı Olimpiya Stadionunun yerində ekoloji monitorinq aparılıb

Bakı Olimpiya Stadionunun yerində ekoloji monitorinq aparılıb
# 21 dekabr 2010 10:08 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Ekologiya İdarəsinin Ekoloji Monitorinq Departamentinin əməkdaşları Bakı şəhərinin Sabunçu rayonu ərazisində yerləşən Böyük Şor gölü ətrafında Bakı Olimpiya Stadionunun tikintisi üçün ayrılmış sahənin mövcud vəziyyətinin öyrənilməsi məqsədi ilə təkrar ekoloji monitorinq keçiriblər.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda ərazidə formalaşmış suyun səviyəsinin ölçülməsi, su nümunələrinin götürülməsi, dib çöküntülərinin miqdarı və həcminin dəqiqləşdirilməsi məqsədi ilə müvafiq ölçmə işləri aparılıb, götürülmüş nümunələrin coğrafi koordinatları müəyyən edilib və iş prosesini əks etdirən görüntülər lentə alınıb. Monitorinq zamanı müxtəlif nöqtədən su nümunələri, habelə dib çöküntüsü nümunələri götürülüb və analiz olunması üçün Ekoloji Monitorinq Departamentinin Kompleks Tədqiqatlar Laboratoriyasına təhvil verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR