Bank Of Baku

«Azəri-Çıraq-Günəşli» blokunda neft hasilatı bərpa olunub

«Azəri-Çıraq-Günəşli» blokunda neft hasilatı bərpa olunub
# 21 dekabr 2010 11:55 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə «BP-Azerbaijan» şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı məlumat verib. Onun sözlərinə görə, sözügedən platformada hasilat dünəndən etibarən bərpa olunub.

Bakı-Supsa kəməri ilə neftin nəqlinə gəldikdə isə, T.Bayatlı bildirib ki, hər şey nefti daşıyan tankerlərin hərəkət cədvəlindən asılıdır: «Hazırda biz nefti Səngəçal terminalındakı çənlərə vururuq. Belə ki, Supsa terminalında hazırda tanker yoxdur və tanker terminala gəldikdən sonra Bakı-Supsa ilə neftin nəqlinə başlayacağıq. Hazırda Supsada tankerin olmamasına görə sözügedən kəmərlə neftin nəqli məqsədəuyğun deyil. İndi buna eyhiyac yoxdur, lakin tanker cədvələ uyğun Supsaya gəldikdən sonra Səngəçaldakı çənlərdən neft Baku-Supsa kəmərinə vurulacaq».

Qeyd edək ki, dekabrın 11-də «Çıraq» platformasında neft hasilatı dayandırılıb. Burada yaranan fasilə profilaktik təmir işləri ilə bağlı olub. Belə ki, platformada aparılan yoxlamalar zamanı yanğın əleyhinə sistem avadanlığının təmirə ehtiyacı olduğu aşkarlanıb. Məhz bu səbəbədən «Çıraq» platformasında hasilat dayanadırılıb və sözügedən avadanlığın təmiri aparılıb.

Xatırladaq ki, AÇG yataqlarının işlənməsi layihəsində BP (operator - 34,1%), «Chevron» (10,2%), ARDNŞ (10%), «Inpex» (10%), «StatoilHydro» (8,6%), «ExxonMobil» (8%), TPAO (5,6%), «Devon Energy» (5,6%) və «Hess» (2,7%) şirkətləri iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR