Bank Of Baku

Azərbaycan əczaçılıq məhsullarının istehsalını artırıb

Azərbaycan əczaçılıq məhsullarının istehsalını artırıb
# 21 dekabr 2010 14:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsulları, rezin və plastmas məmulatlarının istehsalı müəssisələri tərəfindən 214,1 mln. manatlıq məhsul istehsal edilib ki, ötən ilin analoji dövrü ilə müqayisədə bu göstərici 46,1% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə məhsul istehsalı kimya sənayesində 11,2% artıb, rezin və plastmas məmulatları istehsalında 11,9%, əczaçılıq məhsullarının istehsalında isə 4% azalıb.

Əsas kimya məhsullarından polietilenin istehsalında 19,6%, azotun istehsalında 17,1%, lak-boya məmulatlarının istehsalında 52,9% artım müşahidə olunub. Rezin və plastmas məmulatlarından bərk polietilen boruların, borucuqların və qolların istehsalı 1,8 dəfə artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR