Bank Of Baku

Azərbaycanın yüngül sənayesində məhsul istehsalı 22% azalıb

Azərbaycanın yüngül sənayesində məhsul istehsalı 22% azalıb
# 21 dekabr 2010 14:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda toxuculuq, geyim, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı ilə məşğul olan müəssisələr tərəfindən 56,7 mln. manatlıq məhsul istehsal edilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 21,8% azalıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə 13,6 min ton pambıq lifi, 3,1 min ton pambıq iplik, 1,8 min kv. metr xalça və xalça məmulatları, 1,7 mln. cüt corab məmulatları, 149,9 min ədəd kişi kostyumu və digər məhsullar istehsal edilib.

Bununla yanaşı, 2010-cu il dekabrın 1-i vəziyyətinə bu sahələrin müəssisələrinin anbarlarında 19,3 mln. manatlıq (ötən ilə nisbətən 39,7% az) və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 8,8%-i qədər hazır məhsul qalığı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR