Bank Of Baku

Belarus gələn ilin martından svop sazişlər üzrə Azərbaycandan neft idxal edəcək

Belarus gələn ilin martından svop sazişlər üzrə Azərbaycandan neft idxal edəcək
# 21 dekabr 2010 15:04 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. Gələn ilin martından etibarən Belarus Venesuela ilə bağladığı svop sazişlərə uyğun olaraq Azərbaycandan neft idxal edəcək.

APA-Economics”in “İnterfax”a istinadən xəbərinə görə, bu barədə “Belneftexim” konserninin sədr müavini Bronislav Sivıy bildirib.

Onun sözlərinə görə, Belarus Azərbaycandan boru kəməri vasitəsilə neftin yüngül sortunu alacaq: “Əslində bizə nefti Rusiyadan almaq daha asandır. Amma sabah Rusiya ilə münasibətlərdə nə baş verəcəyini indidən demək olmaz. Ona görə də bu diversifikasiya üzrə işləri davam etdirəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR