Bank Of Baku

Azərbaycanda sənaye mal ehtiyatları indeksi artıb

Azərbaycanda sənaye mal ehtiyatları indeksi artıb
# 22 dekabr 2010 07:01 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda sənaye istehsalında mal ehtiyatları indeksi 2010-cu il dekabr ayının 1-nə müsbət 3,7% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks noyabrın 1-nə müsbət 4,5%, oktyabrın 1-nə müsbət 6,7%, sentyabrın 1-nə isə mənfi 5,5%-ə bərabər olub.

Mal ehtiyatları indeksi sənaye müəssisələrinin anbarlarında qalan hazır məhsul ehtiyatları üzrə ay ərzində yaranmış fərqin həmin ayın əvvəlinə olan ehtiyatların həcminin dəyərinə nisbəti kimi hesablanır və hazır məhsul ehtiyatlarının ay ərzində dinamikasını əks etdirir.

Qeyd edək ki, Azərbaycanda 2010-cu il dekabr ayının 1-nə sənaye müəssisələrinin anbarlarında 220,1 mln. manat həcmində hazır məhsul ehtiyatı olub, bu da noyabrın əvvəli ilə müqayisədə 7,9 mln. manat çoxdur.

Mal ehtiyatlarının artması iki əsas amillə bağlıdır ki, bunlardan biri istehsalın artması, digəri isə son istehlakın azalmasıdır. Qeyd edək ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, sənaye məhsulu istehsalı indeksi noyabrda 107,9%-dən 97,6%-dək azalıb. Yəni, noyabr ayında sənayə istehsalında artım baş verməyib ki, bu da sənaye istehsalında mal ehtiyatları indeksinin artmasının son istahlakın azalması ilə bağlı olduğunu göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR