Bank Of Baku

Azərbaycanın metallurgiya sənayesində istehsalın həcmi 22% artıb

Azərbaycanın metallurgiya sənayesində istehsalın həcmi 22% artıb
# 23 dekabr 2010 06:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda metallurgiya sənayesində məhsul istehsalının həcmi ötən ilin eyni dövrünə nisbətən 22,3% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə hazır metal məmulatlarının istehsalı sahəsində məhsul istehsalı 6% azalıb.

Yanvar-noyabr ayları ərzində sahədə 109,4 min ton və ya 2,2 dəfə çox polad tökmə məhsulları, 30,6 min ton və ya 5,1 dəfə çox polad borular, 2 min ton və ya 3,5 dəfə çox məftil və kanatlar istehsal edilib.

Hesabat dövründə metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı müəssisələrində 149,7 mln. manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib ki, bu da ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 5,7% azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR