Bank Of Baku

ARDNŞ pullu ekoloji xidmətlər göstərir

ARDNŞ pullu ekoloji xidmətlər göstərir
# 23 dekabr 2010 09:16 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsi ayrı-ayrı fiziki və hüquqi şəxslərə pullu ekoloji xidmətlər göstərməyə hazırdır.

Bu barədə “APA-Economics”ə Ekologiya İdarəsinin baş mühəndisi Yaqub Ağasıyev məlumat verib.

Onun sözlərinə görə, istənilən dövlət və ya özəl təşkilat ekoloji xidmətlərin göstərilməsi üçün idarəyə müraciət edə bilər: “İdarədə yaradılan laboratoriyalar və texniki imkanlar bu işləri görməyə imkan verir. Məsələn, istənilən turizm və digər şirkət hardasa istirahət məkanı və ya digər obyekt yaratmaq istəyirsə, həmin ərazidə torpağın və ya suyun tərkibinin öyrənilməsi üçün bizə müraciət edə bilər”.

Qeyd edək ki, ARDNŞ-nin Ekologiya İdarəsi monitorinq (quruda və dənizdə), laboratoriya, ekoloji ölçmə, ekoloji normativ sənədlərin hazırlanması, tullantıların idarə olunması və s. xidmətləri təklif edir.

İdarənin rəis müavini Vüqar Kərimovun “APA-Economics”ə verdiyi məlumata görə, idarənin xidmətlərindən ölkə fermerləri də yaralana bilərlər. Burda su və torpaq nümunələri əsasında içməli və suvarma suyunun, torpağın tərkibini, torpağın şoranlığının ölçülməsi üzrə xidmətlər göstərilir. Bu analizlər nəticəsində ərazinin nə qədər çirkləndiyini, onun əkinə yararlı olub-olmadığını müəyyənləşdirir, əlavə olaraq çirklənmənin aradan qaldırılması ilə bağlı məsləhətlər də verilir.

Bundan başqa, sənaye müəssisələri idarənin sənaye tullantılarının utilizasiyası xidmətindən istifadə edə bilərlər. Bu xidmətlər pulludur. Vüqar Kərimovun sözlərinə görə, idarənin göstərdiyi xidmətlərin qiymətləri ölkəyə fəaliyyət göstərən digər şirkətlərə nisbətən dəfələrlə aşağıdır.

Artıq bəzi özəl təşkilatlar idarənin xidmətlərindən istifadə etməyə başlayıblar. Hələlik əsas sifarişlər müxtəlif analizlərin aparılması - ölkənin ayrı-ayrı ərazilərində suyun və torpağın tərkibinin öyrənilməsi ilə bağlıdır. İndiyədək idarə sifarişlər əsasında içməli suyun və torpağın tərkibini araşdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR