Bank Of Baku

Bu il «Əsrin müqaviləsi» çərçivəsində 40 mln. tondan artıq neft hasil olunacaq

Bu il «Əsrin müqaviləsi» çərçivəsində 40 mln. tondan artıq neft hasil olunacaq
# 23 dekabr 2010 15:31 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» yataqlar blokundan 2010-cu ilin sonunadək 40 mln. tondan artıq neft hasil olunacaq. «APA-Economics»in məlumatına görə, bu barədə jurnalistlərə «BP-Azerbaijan» şirkətinin prezidenti Rəşid Cavanşir məlumat verib.

Şirkət rəhbərinin sözlərinə görə, Bakı-Supsa kəmərində baş verən dayanmanın səbəbi «Çıraq» platformasında təmir işlərinin aparılması olub. İndi platforma fəaliyyətini bərpa etdiyinə görə, Bakı-Supsa kəməri də bir neçə günə yenidən işə düşəcək. R.Cavanşirin sözlərinə görə, «Çıraq»da aparılan işlər Bakı-Ceyhan boru kəmətinin işinə təsir etməyib: «Kəmər normal rejimdə işləyir».

Bakı-Ceyhan kəməri ilə Qazaxıstan neftinin daşınmasına gəlincə, R.Cavanşir bildirib ki, bununla bağlı yenilik 2011-ci ildə gözlənilir: «Biz Qazaxıstan tərəfinin qərarını gözləyirik. Çox güman ki, gələn il bununla bağlı sizə yeni xəbər çatdıracağıq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR