Bank Of Baku

Noyabrda Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri indeksi 2,7% artıb

Noyabrda Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri indeksi 2,7% artıb
# 24 dekabr 2010 07:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin noyabr ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 2,7%, yanvar-noyabr aylarında isə 2009-ci ilin müvafiq dövrünə nisbətən 31,4% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ilin noyabr ayında mədənçıxarma sənayesi üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 103,1% təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 3,2% artıb, mədənçıxarma sənayesinin digər sahələri üzrə isə 1,7% azalıb.

Noyabr ayında emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 101,2% təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri toxuculuq sənayesi üzrə 9,7%, maşın və avadanlıqlardan başqa hazır metal məmulatların istehsalı üzrə 5%, kağız və karton istehsalı üzrə 4,3%, qida məhsullarının istehsalı üzrə 3,5%, kimya sənayesi üzrə 2%, tütün məmulatlarının istehsalı üzrə 1,6%, koks və təmizlənmiş neft məhsullarının istehsalı üzrə 0,9%, digər qeyri-metal mineral maddələrin istehsalı və geyim istehsalı üzrə 0,5%, maşın və avadanlıqların istehsalı üzrə 0,3%, içki istehsalı üzrə 0,2% bahalaşıb, rezin və plastmas məmulatların istehsalı üzrə 3%, metallurgiya sənayesi üzrə 0,7%, dəri, dəridən məmulatların, ayaqqabıların istehsalı üzrə 0,4%, kompüter, elektron və optik məhsulların istehsalı üzrə 0,5% ucuzlaşıb.

Ay ərzində elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat və su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölmələri üzrə istehsalçı qiymətlərində heç bir dəyişiklik müşahidə olunmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR