Bank Of Baku

«Bakıelektrikşəbəkə» bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək

«Bakıelektrikşəbəkə» bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək
# 24 dekabr 2010 11:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Bakıelektrikşəbəkə» ASC-nin əməkdaşları 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayram günləri gücləndirilmiş iş rejimində çalışacaqlar. ASC-dən «APA-Economics»ə verilən məlumata görə, bayram və istirahət günlərində enerji istehlakçılarını, bayram tədbirlərinin keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasını, habelə baş verə biləcək qəza hadisələrinin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsini təmin ediləcək.

Elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndiriləcək. Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, tədbirlərin keçirildiyi günlərdə aparılması nəzərdə tutulan bütün işlərin müvəqqəti olaraq dayandırılması təmin ediləcək.

Abonentlərin bayram günlərində fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchiz olunması üçün əlavə mal-material və maşın-mexanizmlər, texniki qüvvə və növbətçilik qaydaları müəyyən olunub, avadanlıq və material ehtiyatı təmin edilib.

«Bakıelektrikşəbəkə» ASC abonentlərin nəzərinə çatdırır ki, bu qış ötən illərdəkindən fərqli olaraq elektrik enerjisi təchizatı daha keyfiyyətli və dayanıqlı olacaq.

Abonentlərdən xahiş olunur ki, yarana biləcək hər hansı problemlər haqqında «199 - Qəza Xidməti»nə zəng vuraraq məlumat verilsin. Yaradılmış operativ qruplar vasitəsilə yaranmış fasilələrin dərhal aradan qaldırılması mümkün olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR