Bank Of Baku

Xaçmaz rayonunun iki kəndinə 18 illik fasilədən sonra qaz verilib

Xaçmaz rayonunun iki kəndinə 18 illik fasilədən sonra qaz verilib
# 24 dekabr 2010 13:04 (UTC +04:00)
Xaçmaz. Könül Abdullayeva - APA. Bu gün Xaçmaz rayonunun Palçıqoba və Çinartala kəndlərinə 18 illik fasilədən sonra qaz verilib.

APA-nın şimal bürosunun məlumatına görə, bununla bağlı keçirilən mərasimdə qeyd olunub ki, artıq bu günə qədər rayonun 46 kəndi mavi yanacaqla təmin edilib. Son 3 il ərzində isə Xaçmaz rayonunun 32 kəndinin sakinləri təbii qazla təchiz edilib.

Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev bildirib ki, rayonun bütün yaşayış məntəqələrinin enerji daşıyıcıları ilə fasiləsiz təmin edilməsi istiqamətində tədbirlər görülür. Regionların sosial-iqtisadi inkişafı üzrə İkinci Dövlət Proqramı çərçivəsində qarşıdakı 3 il ərzində rayonun bütün kəndlərinin qazlaşdırılması prosesi başa çatacaq.

Qeyd edək ki, hazırda Xaçmaz rayonunun 100-dək kəndi mavi yanacaqdan istifadə edə bilmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR