Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti Gürcüstanda «İlin xarici şirkəti» seçilib

Azərbaycan Dövlət Neft Şirkəti Gürcüstanda «İlin xarici şirkəti» seçilib
# 25 dekabr 2010 10:59 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Gürcüstanın «Qruzpatent» xidməti 2010-cu ilə yekun vuraraq növbəti «Qızıl Perqament» mükafatlarının təqdimetmə mərasimini keçirib. Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, 11 nominasiya üzrə təqdim edilən mükafatların qaliblərini müəyyən etmək məqsədi ilə Gürcüstan ərazisində 2 600 respondent arasında sorğu keçirilib.

Sorğu prosesində «İlin adamı»nı respondentlər sərbəst şəkildə təyin edə, digər nominasiyalar üzrə qalibləri isə müxtəlif təşəbbüs qrupları və təşkilatlar tərəfindən irəli sürülən namizədlər sırasından seçə bilərdilər. «İlin siyasətçisi», «İlin iş adamı», «İlin layihəsi» və s. nominasiyalar üzrə təqdim edilən «Qızıl Perqament»in «İlin xarici şirkəti» nominasiyası üzrə qalibi Azərbaycan Dövlət Neft Şirkəti seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR