Bank Of Baku

Gələn il Azərbaycanda «SOCAR» brendli yanacaqdoldurma məntəqələrinin sayı 20-yə çatacaq

Gələn il Azərbaycanda «SOCAR» brendli yanacaqdoldurma məntəqələrinin sayı 20-yə çatacaq
# 27 dekabr 2010 08:47 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bu gün Bakıda «SOCAR» brendi altında fəaliyyət göstərən növbəti yanacaqdoldurma məntəqəsini istifadəyə verib.

«APA-Economics»in məlumatına görə, sayca altıncı olan bu yanacaqdoldurma mənətəqəsi Zığ-Aeroport şossesində inşa olunub.

Yeni yanacaqdoldurma məntəqəsinin açılış mərasimində iştirak edən ARDNŞ prezidenti Rövnəq Abdullayev qeyd edib ki, gələn ilin mart ayınadək daha 7, daha sonra isə əlavə 5 yanacaqdoldurma məntəqəsi inşa olunacaq: «Ümümiyyətlə, 2011-ci ildə «SOCAR» brendli yanacaqdoldurma məntəqələrinin sayı təxminən 20-yə çatdırılacaq. Hər məntəqədə 100 nəfər işçi çalışır. Burada gələn ilin sonunda Avro-3, 2012-ci ilin sonunda isə Avro-4 standartlarına uyğun neft məhsulları satılacaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR