Bank Of Baku

Azərbaycan Suriyaya qaz ixracını iki dəfə artıracaq

Azərbaycan Suriyaya qaz ixracını iki dəfə artıracaq
# 27 dekabr 2010 08:55 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, 2012-ci ildən etibarən Azərbaycan Suriyaya ildə 1 mlrd. kubmetr qaz nəql edəcək, 2015-ci ildən isə bu həcm iki dəfə artırılaraq 2 mlrd. kubmetrə çatdırılacaq: «Hazırda bu məsələyə dair işlər, o cümlədən Türkiyə ərazisindən Azərbaycan qazının nəqlinin texniki tərəfləri və tariflər «BOTAŞ» şirkətilə müzakirə olunur. Gələn il ərzində bu istiqamətdə işlər davam etdiriləcək ki, 2012-ci ildən etibarən Azərbaycandan Suriyaya qazın ixracına başlanılsın».

Qeyd edək ki, hazırda Azərbaycan Türkiyə, Rusiya, Gürcüstan və İrana qaz ixrac edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR