Bank Of Baku

Rövnəq Abdullayev: «SOCAR Trading» şirkətinin Misirdəki layihəsinin effekti var»

Rövnəq Abdullayev: «SOCAR Trading» şirkətinin Misirdəki layihəsinin effekti var»
# 27 dekabr 2010 09:04 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) törəmə müəssisəsi olan «SOCAR Trading» şirkətinin Misirdə həyata keçirdiyi layihənin effekti var. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayevin sözlərinə görə, «SOCAR Trading» şirkəti Misirdə böyük layihələr həyata keçirir ki, bu da Azərbaycan və başqa ölkələrin neftinin Misir zavodlarında emal edilərək Misir və Aralıq dənizi bazarlarında satışı deməkdir: «Bir neçə ay əvvəl ARDNŞ-ın başladığı bu layihə iqtisadi cəhətdən uğurludur və sözügedən layihənin effekti var».

Qeyd edək ki, «SOCAR Trading» şirkəti dünya bazarında satılan Azərbaycan neftinin marketinqi ilə məşğuldur. Azərbaycana yaxın bazarların marketinqini isə ARDNŞ-ın Marketinq və iqtisadi əməliyyatlar İdarəsi həyata keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR