Bank Of Baku

ARDNŞ prezidenti Rövnəq Abdullayev: «Çinin neft bazarı Azərbaycan üçün çox maraqlıdır»

ARDNŞ prezidenti Rövnəq Abdullayev: «Çinin neft bazarı Azərbaycan üçün çox maraqlıdır»
# 27 dekabr 2010 10:44 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayevin sözlərinə görə, artıq Azərbaycanla Çin şirkətləri arasında bununla bağlı müqavilə imzalanıb: «Bu müqavilə əsasında Çinə neft satışını həyata keçirəcəyik. Bu da Azərbaycan neftinin satışını diversifikasiya etməyə imkan verəcək».

Paralel olaraq Sinqapurda bağlanan müqaviləyə əsasən, bu ölkədə «SOCAR-Singapore» şirkəti yaradılıb və bu şirkət böyük həcmdə Azərbaycan neftini həmin regiona gətirərək nisbətən kiçik partiyalarla satışını həyata keçirəcək: «Bu da həm əlavə diversifikasiya, həm də əlavə qazanc deməkdir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR