Bank Of Baku

İraqda gündəlik neft hasilatı 20 illik maksimuma çatıb

İraqda gündəlik neft hasilatı 20 illik maksimuma çatıb
# 27 dekabr 2010 13:36 (UTC +04:00)
Bakı - APA-Economics. Son 20 il ərzində ilk dəfə olaraq iraq gündəlik neft hasilatını 2,6 mln. barelə çatdırıb.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bu barədə İraqın yeni neft naziri Əbdül Kərim Luaybi bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Qeyd edək ki, cari ilin iyununda rəsmi Bağdad “qara qızıl”ın hasilatı ilə bağlı fantastik iddiasını ortaya qoyub - 2017-ci ildə gündəlik 11 mln. barel. Bu göstəriciyə xarici neft şirkətlərinin investisiyalarını cəlb etmək hesabına nail olmaq planlaşdırılır. Ötən il İraq hökuməti 10 neft yatağını tenderə çıxarıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR