Bank Of Baku

TPAO Azərbaycanın həyata keçirdiyi layihələrə maraq göstərir

TPAO Azərbaycanın həyata keçirdiyi layihələrə maraq göstərir
# 28 dekabr 2010 07:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Türkiyənin TPAO şirkətinin prezidenti Mehmet Uysalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, görüş zamanı R.Abdullayev TPAO ilə ARDNŞ-ın uzun müddət ərzində «Azəri-Çıraq-Günəşli», «Şahdəniz», Bakı-Tiflis-Ceyhan kimi layihələr çərçivəsində tərəfdaşlıq etdiklərini bildirib, həmin layihələrin bu gün də uğurla davam etdiyini söyləyib.

Öz növbəsində M.Uysal «Ümid» yatağının kəşf edilməsində ARDNŞ kollektivinin əməyini yüksək qiymətləndirib. TPAO-nun Azərbaycandan başqa bir çox ölkələrdə də fəaliyyət göstərdiyini qeyd edən M.Uysal şirkətin bir sıra xarici layihələri barədə azərbaycanlı həmkarına ətraflı məlumat verib.

M.Uysal onu da bildirib ki, TPAO ARDNŞ-ın Azərbaycan və Türkiyədə həyata keçirdiyi layihələri diqqətlə izləyir və həmin layihələrə böyük maraq göstərdiklərini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR