Bank Of Baku

Günter Ottinger: “Avropa Komissiyası “Nabucco” və “Cənub dəhlizi”nin gələcək əməkdaşlığı üçün əlindən gələni əsirgəməyəcək”

Günter Ottinger: “Avropa Komissiyası “Nabucco” və “Cənub dəhlizi”nin gələcək əməkdaşlığı üçün əlindən gələni əsirgəməyəcək”
# 28 dekabr 2010 13:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Avropa Parlamenti nümayəndəliyinin təşəbbüsü ilə Brüsseldə (Belçika) enerji sahəsinə dair konfrans keçirilib.
«APA-Economics»in məlumatına görə, əsas mövzusu «Cənub dəhlizi» olan konfransda Avropa bazarlarının təbii qazla təchiz edilməsi müzakirə olunub.
Tədbirdə Türkiyənin Avropa Birliyindəki təmsilçisi Səlim Kuneralp, “Avroqaz”ın nümayəndəsi Simon Blakey, ABŞ-ın Avropa Birliyində enerji sahəsinin xüsusi nümayəndəsi Luiz Bono, ITGI (Türkiyə, Yunanıstan və İtaliya) layihəsinə cəlb olunan şirkətlərdən isə Umberto Quadrino («Edison» şirkəti, İtaliya) və Xaris Saxinis («DEPA» şirkəti, Yunanıstan) iştirak ediblər.
Tədbirdə çıxış edən Avropa Birliyinin enerji məsələləri üzrə komissarı Günter Ottinger «Cənub dəhliz»i Avropanın ən mühüm enerji infrastrukturlarından biri olduğunu bildirib və qeyd edib ki, bu dəhliz Avropanı dünyanın böyük təbii qaz mənbələrinin təbəqələşdirilməsinin Avropa üçün ikiqat faydalı olduğunu, yalnız enerji sahəsində deyil, həmçinin təbii qaz bazarında rəqabətin yüksəlməsinə təsir göstərəcək. Bununla yanaşı, G.Ottinger Avropaya yeni qazın xaric edilməsi şəraitini yaradan ITGI layihəsinin malik olduğu imkanlardan danışıb.
G.Ottingerin sözlərinə görə, təbii qazın Azərbaycandan Avropa ölkələrinə ötürülməsinin ən qısa yolu ticari boru kəməri olan ITGI hesab olunur.
Başqa bir boru kəməri olan «Nabucco» haqqında komissiya üzvü öz növbəsində məsələyə aydınlıq gətirərək, «Cənub dəhliz»i layihəsi ilə aralarında rəqabət olduğunu və komissiyanın bu iki layihənin gələcək əməkdaşlığı üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.
Öz növbəsində S.Kuneralp çıxışında Yunanıstanla Türkiyə arasındakı əməkdaşlıqdan məmnunluğunu bildirərək, həmçinin ITGI layihəsini 2007-ci ildə iki ölkə arasında imzalanan müqavilənin bir nəticəsi kimi dəyərləndirib. Belə ki, «Şahdəniz» qaz yatağından Avropaya ötürülən qaz iki ölkə arasında təbii qazdan istifadə imkanları artıq baş tutub. S.Kuneralp həmçinin bildirib ki, ITGI və «Nabucco» müxtəlif bazarlar üçün planlaşdırılmış layihələrdir və biri digərinin rolunu heç cür inkar etmir.
Tədbirdə çıxış edən L.Bono isə Amerika hökumətinin dəstəyini bir daha təkrar edərək, Avropaya ötürüləcək olan enerji mənbələrinin fərqlənməsində edilən cəhdlərin lehinə olduğunu və ən yaxşı həll yollarından biri olaraq boru kəmər üsulunu xüsusilə qeyd edib.
U.Quadrino isə ITGI layihəsi üçün hazırda bazarlarda olan şəraitin olduqca əlverişli olmasını və layihənin bu gün ərazi üçün lazımi qədər təbii qaz daşınmasına hazır olduğunu vurğulayıb. Bundan başqa o, ITGI layihəsi «Nabucco»nun ilk mərhələsi hesab oluna biləcəyini də bildirib.
Öz növbəsində çıxış edən X.Saxinis ITGI-nin keçdiyi Avropa mərhələlərini (Yunanıstanın Bolqarıstanla əməkdaşlığı) təhlil edərək, bu layihənin Balkan yarımadasından və İtaliyadan Avropaya ötürülən mühüm təbii qaz layihələri ilə əvəz olunacağını qeyd edib və bildirib ki, layihəyə yatırılan investisiyalarda hər hansısa bir təhlükə aradan qaldırılacaq və şübhə doğuran qeyri-müəyyən məsələlərə aydınlıq gətiriləcək.
Sonda S.Blakey “Avroqaz”ın xüsusi elçisi hazırda təbii qaz bazarlarındakı xoşagəlməz vəziyyəti bildirərək, buna baxmayaraq boru kəməri vasitəsi ilə ötürüləcək qazın digər vasitələrlə ötürülən təbii qazdan fərqli və müsbət tərəflərini vurğulayıb.
Qeyd edək ki, ITGI Komotini şəhərindən (Yunanıstan) başlayaraq Trakiya, İpiros ərazilərinə qədər uzanır. Daha sonra İon dənizi sahillərindən təxminən 300 km sonra Otrando ərazisində (İtaliya) başa çatır. Boru kəmərinin torpaq üstü sahəsi inşaatı yunan hökuməti, DESFA tərəfindən həyata keçiriləcək. Sualtı ərazisi isə «DEPA» və «Edison» şirkətlərinin bərabər iştirak etdiyi Yunan-İtalyan şirkəti olan «Poseydon» tərəfindən yoxlanılıb inşa ediləcək.
Boru kəmərinin gücü ildə 11 mlrd. kubmetr təşkil edəcək. Kəmər vasitəsilə təxminən 3 mlrd. kubmetr qaz Yunanıstan bazarlarında, qalan 8 mlrd. kubmetr mavi yanacaq isə İtaliya vasitəsilə Avropa bazarlarına ötürüləcək. Bu boru kəməri vasitəsi ilə, Yunanıstan və İtaliya ərazilərinin digər ölkələri də (Bolqarıstan, Macarıstan, Rumıniya) mənbəyini Azərbaycandan götürən təbii qazla təchiz oluna biləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR