Bank Of Baku

Neft Fondundan büdcəyə ayrılan məbləğ 32% artacaq

Neft Fondundan büdcəyə ayrılan məbləğ 32% artacaq
# 29 dekabr 2010 08:03 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Dövlət Neft Fondundan 2011-ci ildə dövlət büdcəsinə 6 480 mln. manat vəsait ayrılacaq.

«APA-Economics»in məlumatına görə, bu, prezident İlham Əliyevin təsdiqlədiyi Neft Fondunun 2011-ci il üçün büdcəsində nəzərdə tutulub.

Gələn il fonddan büdcəyə ayrılacaq vəsait 2010-cu ildəkinə nisbətən 1 565 mln. manat və ya 31,84% artıqdır.

Neft Fondundan dövlət büdcəsinə ayırmaların artırılması mənfəət neftin satışından əldə edilən vəsaitlərin dövlət xərclərində olan rolunun yüksəldilməsindən xəbər verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR