Bank Of Baku

Qubanın iki kəndinə 16 illik fasilədən sonra təbii qazın verilişi bərpa edilib

Qubanın iki kəndinə 16 illik fasilədən sonra təbii qazın verilişi bərpa edilib
# 29 dekabr 2010 11:31 (UTC +04:00)
Quba. Könül Abdullayeva - APA-Economics. Qubanın Vladimirovka və Əlibəyqışlaq kəndlərinə 16 illik fasilədən sonra təbii qazın verilişi bərpa edilib.

APA-nın şimal bürosunun məlumatına görə, bu illər ərzində mavi yanacaq olmadığından, hər iki kəndin sakinləri odundan istifadə etmək məcburiyyətində qalıblar.

İlkin olaraq bu gün Vladimirovka kəndində 243, Əlibəyqışlaq kəndində isə 81 abonentə təbii qaz verilib. Hər iki kəndin yerdə qalan abonentlərinə qazın verilişi növbəti ilin əvvəllərində tam başa çatdırılacaq.

Ümumiyyətlə, Qubanın sovetlər dönəmində mavi yanacaqla təmin edilən 39 kəndindən artıq 25-də qazın yenidən verilişi tam başa çatdırılıb. Qalan 14 kənd isə 2011-ci ilin sonunadək təbii qazla təmin ediləcək. Rayonun bütün yaşayış məntəqələrinin tam qazlaşdırılmasının 2013-cü ilin sonunadək başa çatdırılması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR