Bank Of Baku

Azərbaycanda yanacaq istehsalının «Euro-III» standartına keçidi üçün 23 mln. dollar tələb olunur

Azərbaycanda yanacaq istehsalının «Euro-III» standartına keçidi üçün 23 mln. dollar tələb olunur
# 30 dekabr 2010 10:06 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Davud Məmmədov bildirib.

Onun sözlərinə görə, «Euro-III» standartı ilə ilk növdəbə dizel yanacağı buraxılacaq: «Çünki bu tez və ucuz başa gəlir».

Bir il sonra isə «Euro-III» benzin istehsalındada tətbiq olunacaq, benzinin oktan ədədləri əvvəlki kimi qalacaq - A98, A95, A92.

D.Məmədovun sözlərinə görə, «Euro-III» məhsullarının istehsalına keçidlə bağlı yerli zavodlarda bəzi modernləşmə işləri aparmaq lazım gələcək. Dizel yanacağında bunun üçün emalda istifadə olunan katalizatorların dəyişdirilməsi tələb olunacaq. Nəticədə, «Euro-III» dizel yanacağının istehsalı üsün uyğunlaşdırma işləri 10 mln. dollaradək vəsaitə başa gələcək.

Benzin istehsalında «Euro-III» standartının tətbiqi üçün isə katalitik reforminq qurğusunda (dekabrda bu qurğunun istismarının 30 illiyi qeyd olunub) yeni qurğunun quraşdırılması tələb olunacaq. Gələn il lazımi qurğular və avadanlıqlar alınacaq, 2012-ci ildə isə onların quraşdırılmamsı və istehsala başlanması nəzərdə tutulur: «Bütün bu işlər təqribən 1-1,5 il vaxt və 12-13 mln. dollar vəsait tələb edir. Nəticədə, benzinin «Euro-III»ə keçidi 2012-ci ildən başlanacaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR