Bank Of Baku

Azərbaycan gələn il Türkiyədə neft emalı zavodunun inşasına başlayır

Azərbaycan gələn il Türkiyədə neft emalı zavodunun inşasına başlayır
# 30 dekabr 2010 11:33 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Gələn il Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyədə yeni neft emalı zavodunun tikintisinə başlayacaq. Bu barədə «APA-Economics»ə açıqlamasında ARDNŞ-in vitse-prezidenti Davud Məmmədov bildirib.

Onun sözlərinə görə, zavodun tikintisi ilə bağlı ARDNŞ-in Türkiyədə müştərək sahib olduğu «Petkim» neft-kimya şirkəti müvafiq lisenziya alıb. Zavodun tikintisi ilə bağlı işlərə gələn ildən başlanacaq və zavodun 5 il ərzində inşası nəzərdə tutulub. Türkiyənin İzmir şəhərinin şimalındakı Əlağa bölgəsində, «Petkim» şirkətinin ərazisində qurulacaq zavod ildə 10 mln. ton neft emal etmək gücündə olacaq. Emaldan çıxan neft məhsullarının həcmi isə 9,2-9,3 mln. ton təşkil edicək. Bu zavodda təyyarə və dizel yanacağı, eləcə də «Petkim» kimya kompleksi üçün xammal buraxılacaq.

D.Məmmədovun sözlərinə görə, «Petkim» şirkətində istifadə olunan əsas xammal birbaşa qovulmuş benzindir. İndi «Petkim» bu xammalı Türkiyədə bazar qiymətinə alır. Zavodun buraxdığı xammal isə bundan 30 dollar ucuz başa gələcək: «Bu fərq isə xeyir kimi «Petkim» şirkətinə və zavoda qalacaq».

Zavodda buraxılan dizel və təyyarə yanacağı isə Türkiyə və başqa ölkələrin bazarlarında satılacaq. Hərçənd D.Məmmədovun sözlərinə görə, Türkiyə bazarı kifayət qədər cəlbedicidir - həm sürətlə böyüyür, həm də burada qiymətlər yüksəkdir.

Hazırda zavodun detallı layihəsinin hazırlanması və qiymətləndirmə işləri aparılır və artıq gələn il tikintiyə sanksiya verilməlidir. İlkin qiymətləndirmələrə görə, zavodun tikintisi 4,8-5,2 mlrd. dollara başa gələcək. Bu vəsaitlərin təqribən 25-30%-i ARDNŞ-in daxili imkanları hesabına, qalan hissə isə kredit kimi cəlb olunacaq. Bu məqsədlə gələn il xarici banklarla danışıqlara başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR