Bank Of Baku

Azərbaycan gələn il 2,6 mln. ton neft məhsulu ixrac edəcək

Azərbaycan gələn il 2,6 mln. ton neft məhsulu ixrac edəcək
# 30 dekabr 2010 11:46 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Gələn il Azərbaycanın neft emalı zavodlarında 6,4 mln. ton neftin emal edilməsi planlaşdırılır. İstehsal olunacaq neft məhsullarının 10%-i aviasiya yanacağı, 22%-i benzin, 35-36%-i dizel yanacağı olacaq. Bu barədə «APA-Economics»ə Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Davud Məmmədov bildirib.

Neft məhsullarının qalan hissəsini yağlar, bitum və s. təşkil edəcək. D.Məmmədovun sözlərinə görə, gələn il neftin emal dərinliyinin 93%-ə çatdırılması planlaşdırılır: «Amma çalışacağıq ki, emal dərinliyinin 93-94%-ə çatdıraq».

Gələn il ölkədə istehsal olunacaq neft məhsullarının 60%-i (3,84 mln. ton) respublikanın daxili tələbatının ödənilməsinə sərf olunacaq, 40%-i (2,56 mln. ton) isə xaricə satılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR