Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti iri yaşayış kompleksi inşa edəcək

Azərbaycan Dövlət Neft Şirkəti iri yaşayış kompleksi inşa edəcək
# 30 dekabr 2010 15:00 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Gələn il ərzində Bakı şəhərinin Bibiheybət ərazisində neftçilər üçün yeni yaşayış kompleksi tikiləcək. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayevin sözlərinə görə, iki min mənzildən çox olan böyük yaşayış kompleksinin yanında iri müasir Neft Muzeyi də yaradılacaq. Həmin kompleksdə istedadlı uşaqlar üçün Müasir İstedadlar Mərkəzi də tikiləcək.

R.Abdullayev bildirib ki, kompleks daxilində texniki peşə məktəblərinin də tikintisi nəzərdə tutulub. Bu peşə məktəbinin tikilməsi ARDNŞ üçün kadrlarının hazırlanması məqsədi daşıyır.

ARDNŞ prezidenti qeyd edib ki, yaşayış kompleksinin tikintisi üçün artıq qərar qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR