Bank Of Baku

Gələn ay ARDNŞ-ın Ukraynada 16 yanacaqdoldurma məntəqəsi açılacaq

Gələn ay ARDNŞ-ın Ukraynada 16 yanacaqdoldurma məntəqəsi açılacaq
# 30 dekabr 2010 15:20 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Gələn ilin yanvar ayında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Ukraynada 16 yanacaqdoldurma məntəqəsi işə düşəcək. «APA-Economics»in məlumatına görə, bunu prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, ARDNŞ növbəti il ərzində Rumıniyada da öz biznes əməliyyatlarına başlayacaq.

R.Abdullayev bildirib ki, ötən il ərzində ARDNŞ-ın Sinqapur, Vyetnam, ABŞ və Afrikada ofisləri işə başlayıb və bu ofislər ARDNŞ-ın «Azerilight» neftinin satışı ilə məşğuldurlar.

Qeyd edək ki, hazırda ARDNŞ-ın dünyanın 11 ölkəsində nümayəndəliyi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR