Bank Of Baku

ARDNŞ gələn ildən 200 min metrdən çox olan qazma işləri həyata keçirməyi planlaşdırır

ARDNŞ gələn ildən 200 min metrdən çox olan qazma işləri həyata keçirməyi planlaşdırır
# 30 dekabr 2010 15:32 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Gələn ildən Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 200 min metrdən çox olan qazma işləri həyata keçirməyi planlaşdırır. «APA-Economics»in məlumatına görə, bunu prezidenti Rövnəq Abdullayev bildirib.
R. Abdullayevin sözlərinə görə, bunun üçün gələn ilin birinci rübündən etibarən yeni qazma avadanlıqları alınacaq. Bundan başqa, növbəti il ARDNŞ-ın yeni üzən qazma qurğusu da tikiləcək. Bu qazma qurğusu suyun 1000 metr dərinliyində işləmək, həmçinin 10 min metr dərinliyində quyu qazma qabiliyyətinə malikdir.
R.Abdullayev bildirib ki, bu qurğudan ARDNŞ-ın apardığı kəşfiyyat işlərində, kəşfiyyat apardığı yataqlarda, o cümlədən «Naxçıvan», «Zəfər-Məşəl», eləcə də «Babək» yataqlarında kəşfiyyat işlərində istifadə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR