Bank Of Baku

Azərbaycanın qaz sistemində itkilər 2010-cu ildə 2 dəfədən çox azalıb

Azərbaycanın qaz sistemində itkilər 2010-cu ildə 2 dəfədən çox azalıb
# 30 dekabr 2010 15:47 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. 2010-cu ildə qaz sisteminə 67 min yeni abunəçi qoşulub. «APA-Economics»in məlumatına görə, bu barədə məlumat verən ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirib ki, dövlət başçısının tapşırığına əsasən, 2012-ci sonunadək ölkənin mavi yanacaqla təminat səviyyəsi 90%-ə çatmalıdır. 2010-cu ildə ölkədə 68 min “Smart” kart tipli sayğaclar quraşdırılıb. Bundan başqa, ölkəyə Avropada istehsal olunmuş daha 300 min elektron sayğac gətirilib. İndi bu sayğacların da quraşdırılması üçün işlər aparılır, ümumilikdə 2012-ci ilin sonunadək ölkədə qaz sayğaclarının quraşdırılması başa çatacaq. «Azəriqaz» İB-də görülən işlər nəticəsində qaz sistemindəki itkilər ilin əvvəlindəki 40%-dən indi 15%-ə endirilib. R. Abdullayevin sözlərinə görə, gələn il bu rəqəmin 10%-dən yüksək olmaması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR