Bank Of Baku

ARDNŞ Rumıniyanın neft məhsulları bazarında əməliyyatlara başlayacaq

ARDNŞ Rumıniyanın neft məhsulları bazarında əməliyyatlara başlayacaq
# 30 dekabr 2010 15:54 (UTC +04:00)
Bakı. Əli Əhmədov-APA-Economics. Yaxın vaxtlarda Dövlət Neft Şirkəti Rumıniyanın neft məhsulları bazarında əməliyyatlara başlayacaq. “APA-Economics”in məlumatına görə, bu barədə məlumat verən ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirib ki, şirkət Rumıniyanın neft bazarını uzun müddət öyrənib: «Rumıniya da böyük neft ölkəsidir, onların bir neçə neft emalı zavodları var, biz həmin zavodların sahibləri ilə danışıqlar aparırıq». R. Abdullayevin sözlərinə görə, ARDNŞ Rumıniya bazarında neft məhsullarının satışı, o cümlədən yanacaqdoldurma məntəqələrinin yaradılmasına hazırlaşır: «Artıq bununla bağlı layihələr hazırdır, 2011-ci ildə işlərə başlayacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR