Bank Of Baku

«SOCAR-Turcas»a Türkiyədə təbii qazın topdansatışı üçün lisenziya verilib

«SOCAR-Turcas»a Türkiyədə təbii qazın topdansatışı üçün lisenziya verilib
# 05 yanvar 2011 10:44 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Türkiyə Enerji Bazarını Tənzimləmə Qurumu «SOCAR-Turcas» neftkimya şirkətinə bu ölkədə təbii qazın topdan satışı üçün lisenziya verib.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, lisenziyanın müddəti 30 ildir.

Xatırladaq ki, «SOCAR-Turcas» şirkəti ARDNŞ tərəfindən idarə olunur və Azərbaycan dövlətinin ölkə xaricindəki ən mühüm aktivlərindəndir. Bu alyans 2007-ci ilin iyul ayında keçirilən tenderdə Türkiyənin «Petkim» holdinqinin 51%-lik səhm paketini alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR