Bank Of Baku

Azərbaycan neft məhsullarının ixracını artırıb

Azərbaycan neft məhsullarının ixracını artırıb
# 05 yanvar 2011 15:46 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2010-cu ilin dekabr ayında 22 103 ton avtomobil benzini, 96 548 ton dizel yanacağı, 9 905 ton təyyarə yanacağı, 417 ton soba mazutu ixrac edib.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin noyabr ayı ilə müqayisədə dekabrda avtomobil benzininin ixracı 14,1 %, dizel yanacağının ixracı 4,5%, təyyarə yanacağının ixracı 59,5 %, soba mazutunun ixracı 2,33 dəfə artıb.

Ümumilikdə 2010-cu ilin yanvar-dekabr ayları ərzində 196 844 ton avtomobil benzini, 1 533 828 ton dizel yanacağı, 114 563 ton təyyarə yanacağı, 1 361 ton soba mazutu ixrac edilib.

2009-cu ilin eyni dövrü ilə müqayisədə ötən ilin yanvar-dekabr aylarında avtomobil benzininin ixracı 13,4%, dizel yanacağının ixracı 6,9% artıb, təyyarə yanacağının ixracı 57,8%, soba mazutunun ixracı 25,35 dəfə azalıb.

2010-cu ilin dekabr ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) 824,98 dollar, təyyarə yanacağının qiyməti 807,79 dollar, dizel yanacağının qiyməti 756,93 dollar, 1%-li kükürdlü mazutun qiyməti isə 486,30 dollar təşkil edib. Ümumilikdə 2010-cu ilin dekabr ayında neft məhsullarının dünya qiymətləri noyabra nisbətən 2,2-6,5%, 2009-cu ilin dekabrına nisbətən 8,7-28% yüksək olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR