Bank Of Baku

Qazaxıstan neftin ixrac rüsumlarını iki dəfə artırıb

Qazaxıstan neftin ixrac rüsumlarını iki dəfə artırıb
# 06 yanvar 2011 11:29 (UTC +04:00)
Bakı - APA-Economics. Qazaxıstan bu il yanvarın 1-dən etibarən neftin ixrac rüsumlarını artıraraq, 1 tona görə 20 dollardan 40 dollara qaldırıb.

APA-Economics”in “Kazakhstan Today”ə istinadən xəbərinə görə, hökumətin bununla bağlı müvafiq qərarı bu gün rəsmi qəzetlərdə dərc olunub.

Neft məhsullarının rüsum dərəcələri isə dekabrın 19-dan artırılıb. Artıq yüngül neft məhsullarının 1 tonuna görə 98,13 dollar, ağır neft məhsullarının 1 tonuna görə 65,42 dollar rüsum tutulur.

Qeyd edək ki, Qazaxıstanda ixrac rüsumları 2008-ci ildən tətbiq olunur. 2009-cu ildə aradan qaldırılan rüsumlar 2010-cu ilin avqustunda bərpa olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR