Bank Of Baku

Venesuela Azərbaycandan aldığı neftin həcmini artırmaq istəyir

Venesuela Azərbaycandan aldığı neftin həcmini artırmaq istəyir
# 06 yanvar 2011 15:06 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Venesuelanın Belarusdakı səfiri Ameriko Dias Nunyes Minskdə təşkil olunmuş videobrifinqdə bildirib.

Qeyd edək ki, Venesuela ilə Belarus arasında bağlanmış müqaviləyə əsasən, bu ölkədə çıxarılan «Santa-Barbara» markalı neftin əvəzində Belarusa eyni keyfiyyətli Azərbaycan neftinin göndərilməsi nəzərdə tutulur. Azərbaycan Dövlət Neftin Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin sözlərinə görə, Venesuela ilə Belarus arasında bağlanan müqaviləyə əsasən, Azərbaycan svop rejimində Belarusa ildə 5 mln. ton neft ötürəcək.

Bununla yanaşı, səfirin sözlərinə görə, Venesuela Belarus qarşısında öhdəliklərini yerinə yetirmək üçün Azərbaycandan əlavə həcmdə neft də almaq niyyətindədir: «Ola bilər ki, Venesuela 10 mln. ton nefti çıxara bilməsin». Belə vəziyyətdə Venesuelanın Belarusla bağladığı müqaviləni yerinə yetirməsi üçün bu ölkənin PDVSA neft şirkəti Azərbaycandan əlavə həcmdə neft alacaq. Belarus bu nefti Odessa-Brodı kəməri vasitəsilə alacaq və bu zaman Azərbaycan tərəfinə yalnız nəql xərclərini ödəyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR