Bank Of Baku

Kulevi terminalından ötürülən neft və neft məhsullarının həcmi artıb

Kulevi terminalından ötürülən neft və neft məhsullarının həcmi artıb
# 10 yanvar 2011 10:35 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus Kulevi Qara dəniz Terminalı ötən ilin dekabr ayı ərzində 317 864 ton neft və neft məhsulları qəbul edib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, ötən ay terminal vasitəsilə 415 449 ton neft və neft məhsulu dünya bazarlarına göndərilib.

Ötən ilin dekabrında terminal vasitəsilə noyabr ayına nisbətən 37% çox neft və neft məhsulu ötürülüb. Ümumilikdə isə 2010-cu ildə Kulevi Qara Dəniz Terminalından 3 600 000 ton neft və neft məhsulu ötürülüb ki, bu da bir il əvvəlki dövrlə müqayisədə 56% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR