Bank Of Baku

Avropa Komissiyası: “Hazırda “Nabucco” və “Cənub axın” layihələrinin birləşdirilməsinə dair danışıqlar aparılmır”

Avropa Komissiyası: “Hazırda “Nabucco” və “Cənub axın” layihələrinin birləşdirilməsinə dair danışıqlar aparılmır”
# 10 yanvar 2011 16:57 (UTC +04:00)
Xanım Xoltsner bildirib ki, Avropa Komissiyasının sədri Joze Manuel Barrozu və enerji məsələləri üzrə avrokomissar Günter Ottinger yaxın günlərdə “Nabucco”nun əsas qaz tədarükçülərindən biri sayılan Azərbaycana səfər edəcəklər.

Qeyd edək ki, «Nabucco» qaz kəməri Xəzər regionundan təbii qazın Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya ixracı üçün nəzərdə tutulub. Bu məqsədlə yaradılan «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub.

Tikintisinə 2012-ci ildə başlanacaq «Nabucco» qaz kəməri ilə Azərbaycan qazının nəqli 2015-ci ildən gözlənilir. Nəqletmə gücü ildə 31 mlrd. kubmetr olan kəmərlə Azərbaycanla yanaşı, Türkmənistan və İraq qazı da daşınacaq. Son qiymətləndirmələrə görə, uzunluğu 3 300 km olacaq boru xəttinin tikintisi təqribən 7,9 mlrd. avroya (12,3 mlrd. ABŞ dolları) başa gələcək. Bu xərcin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək.

“Cənub axın” layihəsi isə Rusiyanın əsas qaz nəqli layihələrindən biridir. Smeta dəyəri 15-30 milyard dollar arasında qiymətləndirilən layihənin son marşrutu hələlik müəyyənləşdirilməyib. Rusiya indiyədək Bolqarıstan, Serbiya, Macarıstan, Yunanıstan, Sloveniya və Xorvatiya ilə layihənin quru hissəsinin reallaşması üçün hökumətlərarası sazişlər imzalayıb. “Qazprom” Avstriya ilə də saziş imzalamağı planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR